22:20 / 15-05-2022
Tramp tviterə qayıtmayacaq
16:05 / 15-05-2022
Renat İbrahimov vəfat edib
İlham Əliyev Abdullahianı qəbul etdi
Tarix: 22-12-2021 19:41 | Bölmə: Manşet

                   İlham Əliyev Abdullahianı qəbul etdi



Prezident İlham Əliyev bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib.
Hüseyn Əmir Abdullahian İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq, bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirilib və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olunub.


Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər