Bütün xəbərlər
Fuat Oktay: "Ermənistanla münasibətlərin normallaşması Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək"
Tarix: 18-12-2021 13:15 | Bölmə: Manşet

Fuat Oktay



"Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün regionda münasibətlərin normallaşması arzusunda səmimidir".
APA-nın "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin vitse-prezident Fuat Oktay Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı haqq işini, Vətən müharibəsini qətiyyətlə dəstəkləyib.
Fuad Oktay Azərbaycan torpaqlarında 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulduğunu, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını işğaldan xilas etməsinin uzun illərdən sonra Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması istiqamətində çalışmaq üçün əlverişli zəmin yaratdığını bildirib: "Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir. Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olacaq və Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün inklüziv əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq".



Baxış sayı: 359


Bölməyə aid digər xəbərlər