Bütün xəbərlər
Stoltenberq: “Rusiya Ukrayna və Gürcüstanın seçimləri ilə bağlı diktə edə bilməz”
Tarix: 15-12-2021 15:06 | Bölmə: Manşet

Yens Stoltenberq



“Ukrayna və Gürcüstanın öz müttəfiqlərini seçmək hüququ var”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.
O bildirib ki, Rusiyanın bu iki ölkənin seçimləri ilə bağlı diktə etmək hüququ yoxdur.
Bundan başqa, NATO Baş katibi Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını dayandırmağa və silahlı qüvvələrini geri çəkməyə çağırıb.
Y. Stoltenberq vurğulayıb ki, Rusiyanın istənilən gələcək aqressiyasının ciddi siyasi və iqtisadi nəticələri olacaq.
Baş katib hərbi dənizçilik dəstəyi, birgə təlimlər və informasiya mübadiləsi də daxil olmaqla Gürcüstanın təhlükəsizlik imkanlarının gücləndirilməsi üzərində işlərin davam etdirildiyini qeyd edib.
O əlavə edib ki, NATO öz tərəfdaşlarına güclü siyasi dəstəyini davam etdirəcək.


Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər