Bütün xəbərlər
“Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb”
Tarix: 14-12-2021 23:30 | Bölmə: Manşet

                     “Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb”



“Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə üzləşib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışı zamanı deyib.
“44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib”, - K.Əliyev bildirib.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər