Həmsədrlər Stokholmda Qarabağla bağlı bəyannamə qəbul ediblər
Tarix: 02-12-2021 23:11 | Bölmə: Manşet

                   Həmsədrlər Stokholmda Qarabağla bağlı bəyannamə qəbul ediblər


ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Qarabağla bağlı bəyanat qəbul ediblər.
“Qafqazinfo” bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əlbəttə, biz bu sessiyanın, o cümlədən 10 ildir qəbul olunmayan siyasi bəyannamənin daha zəngin nəticələrini görmək istərdik. Çünki hamı çalışır ki, təhlükəsizliyi gücləndirmək üçün ümumi vəzifələrə diqqət yetirmək əvəzinə, öz xırda sualları ilə  bəyannamə doldursun”, - Lavrov qeyd edib. 
O, həmçinin qeyd edib ki, bəyanat digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının vasitəçilik səylərini alqışlayır.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər