21:48 / 23-01-2022
Şeyma Mayamidə kafe açır
Prezidentlə Ərdoğanın görüşü oldu - Fotolar+Yenilənib
Tarix: 28-11-2021 23:14 | Bölmə: Manşet

                     Prezidentlə Ərdoğanın görüşü oldu



Noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
***
Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.
Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.
Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.
Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.



 


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər