Bütün xəbərlər
Artemi Lebedevin Kiyevdəki mənzili 8,01 milyon qrivnaya satıldı
Tarix: 28-10-2026 20:01 | Bölmə: Karusel


 Ukrayna Dövlət Əmlak Fondunun məlumatına görə, Artemi Lebedevin Kiyevin mərkəzindəki ikimərtəbəli mənzili hərracda 8,01 milyon qrivnaya satıldı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 193,2 kvadratmetrlik əmlak Saksaganskoho küçəsində yerləşir. İki iddiaçı lot uğrunda mübarizə aparırdı; başlanğıc qiyməti 7,07 milyon qrivna idi. Mənzil əvvəllər sanksiyaların bir hissəsi olaraq Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə müsadirə edilmişdi.
Gəlirin Ukraynanın bərpası üçün istifadə edilməsi planlaşdırılır. Qalib gələn iddiaçı həmçinin ödənilməmiş kommunal xərclərini də ödəməlidir.

 Qeyd edək ki, (Artemiy Andreyeviç Lebedev) o, Runetdə (Rus dilli internet seqmenti) veb-dizayn sahəsinin qabaqcıl simalarından biri və Rusiyanın ən nüfuzlu dizayn studiyalarından birinin rəhbəridir. 



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib