Bütün xəbərlər
Hulusi Akar Bakıya gəldi - Foto
Tarix: 07-11-2021 19:39 | Bölmə: Manşet

                    Hulusi Akar Bakıya gəldi


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn  Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

         




Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər