Bütün xəbərlər
“Paşinyan Səddam Hüseyndən nə ilə fərqlənir?” - Korotçenko
Tarix: 05-11-2021 13:15 | Bölmə: Manşet

                      “Paşinyan Səddam Hüseyndən nə ilə fərqlənir?”


“İstənilən müharibə gec və yaxud tez sülh razılaşması ilə bitir. Rusiya Prezidenti Vladimir Putin müharibə dövründə hər iki tərəflə daim əlaqədə idi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” adlı konfransda deyib.
Onun sözlərinə görə, artıq bir ildir ki, rus sülhməramlılar Qarabağda uğurlu fəaliyyət göstərir.
O bildirib ki, bir çox ekspert əmin idi ki, müharibə başlayandan bir neçə həftə sonra Azərbaycan Ordusunun qarşısı alınacaq: “Bu zaman Bakıya təzyiqlər də çox idi. Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu qarşıya qoyulan maneələrin öhdəsindən gələ bildi”.
Korotçenko, həmçinin müharibə vaxtı dronlardan istifadə edilməsinin əhəmiyyətini də vurğulayıb.
“Sözsüz ki, Azərbaycanın qələbəsinin əsas amili odur ki, Azərbaycan ve Azərbaycan xalqı ədalətli müharibə aparırdı. Azərbaycanın işğaldan azad edilən ərazilərindəki dağıntılar kimi dünyanın heç bir yerində dağıntı görməmişəm, burada hər şey dağıdılıb.
Paşinyan Səddam Hüseyndən nə ilə fərqlənir? O da yaşayış yerlərinə raket zərbələri endirirdi. Ermənistanın İkinci Qarabağ müharibəsində törətdikləri ilə bağlı hərbi tribunalın olub-olmamasını demək çətindir. Lakin bir şey aydındır ki, Ermənistanın etdiklərini bağışlamaq olmaz”, - deyə o əlavə edib.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər