Bütün xəbərlər
Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq
Tarix: 31-10-2021 17:45 | Bölmə: Manşet

                  Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq


Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər