Bütün xəbərlər
“İstəyimiz Ermənistanın atəşkəsə əməl etməsidir” - Hulusi Akar
Tarix: 15-09-2021 15:41 | Bölmə: Manşet

                   “İstəyimiz Ermənistanın atəşkəsə əməl etməsidir”


“Bizim istəyimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı yalnışlığa yol verməməsi və bölgədə atəşkəsin daimi olması və sabitliyin təmin olunmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.
Hulusi Akar, həmçinin qeyd edib ki, Türkiyə Azərbaycana qarşı riskləri və təhdidləri özünə edilmiş təhdid olaraq qəbul edir.
“Bölgə olaraq həssas dönəmdən keçirik. Türkiyə hadisələri yaxından izləyir. Bizim hər hansı bir şəkildə birinin sərhədlərini pozmaq kimi niyyətimiz heç bir zaman müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun pozulmasına yol vermərik”, - deyə Hulusi Akar vurğulayıb. 
O həmçinin vurğulayıb ki, Türkiyənin məqsədi ölkənin, dost və qardaş ölkələrin təhlükəsizliyini təmin etməkdir.

 


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər