Bütün xəbərlər
Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması üçün şərtini açıqladı
Tarix: 29-08-2021 19:27 | Bölmə: Manşet

                  Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması üçün şərtini açıqladı



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması şərtini açıqlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bosniya və Herseqovina səfərindən dönən dövlət başçısı şəxsi təyyarəsində jurnalistlərlə söhbətləşib.
Ankara ilə Yerevan arasında olan münasibətlərdən söz açan Ərdoğan bildirib ki, birtərəfli ittihamların yerini realist yanaşmalar tutmalıdır.
“Əgər Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşdırılması üzərində işə başlaya bilər”, - dövlət başçısı vurğulayıb.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər