Bütün xəbərlər
DİM sədri IV ixtisas qrupunun abituriyentlərinə məsləhət verib
Tarix: 24-08-2021 16:36 | Bölmə: Manşet

DİM sədri IV ixtisas qrupunun abituriyentlərinə məsləhət verib



IV ixtisas qrupunda 300 baldan yuxarı bal toplayanların sayı 2700 nəfərdir.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədrinin sözlərinə görə, 300 baldan aşağı toplayanlar aqrar ixtisasları seçsələr, onlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
"IV ixtisas qrupunda 600 baldan yuxarı toplayanlar 408 nəfərdir. Bu da ötən illə müqayisədə çoxdur. 500 baldan çox toplayan sayı isə 171 nəfər artıb. 400 baldan yuxarı nəticə göstərənlərin sayında da 141 nəfər artım var", - o əlavə edib.


Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər