Bütün xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı general oldu - Əkiz qardaşı XTQ polkovnikidir
Tarix: 18-08-2021 00:09 | Bölmə: Manşet

                        Vətən Müharibəsi Qəhrəmanı general oldu


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib. 
“Qafqazinfo”nun məlumatına görə, general-mayor rütbəsi verilən iki hərbçidən biri Vətən Müharibəsi Qəhrəmanıdır.
Bu, polkovnik kimi Vətən müharibəsində iştirak edən Qurbanov Babək Vahid oğludur.
Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Qeyd edək ki, general-mayor Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.
Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.







Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər