Bütün xəbərlər
Prezident Kəlbəcərə ermənilərin çəkdiyi yolla getdi - Video
Tarix: 17-08-2021 15:09 | Bölmə: Manşet

                 Prezident Kəlbəcərə ermənilərin çəkdiyi yolla getdi



Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
"Qafqazinfo"nun məlumatına görə, birinci xanım Mehriban Əliyeva Kəlbəcərdən çəkdiyi görüntüləri öz instaqram hesabında paylaşıb.
Həmin videoların biri də Kəlbəcərin Qamışlı kəndi ərazisində lentə alınıb. Sözügedən videoda çıxış edən dövlət başçısı bildirib ki, maşınla hərəkət etdikləri yolu ermənilər ərazilərimizi işğal altında saxladığı müddətdə çəkiblər:
"Qamışlı kəndidir. Burada bizim enerji infrastrukturumuz yaradılıb, bu yüksək gərginlikli xətlər bu yaxınlarda çəkilib. Bu asfalt yolu da ermənilər Basarkeçərdən Kəlbəcərə getmək üçün çəkiblər. Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Gözəl də yoldur. Biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna çox ciddi etiraz elədi. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar". 

             


Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər