Bütün xəbərlər
Azərbaycandakı bütün xristian dini icmalarının rəhbərləri Şuşada birgə dua etdi - Fotolar
Tarix: 10-07-2021 17:13 | Bölmə: Manşet

                    Azərbaycandakı bütün xristian dini icmalarının rəhbərləri Şuşada birgə dua etdi


Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti və ölkədəki dini konfessiyaların rəhbərləri Şuşada rus kilsəsinə baş çəkiblər. 
"Qafqazinfo" xəbər verir ki, Rus Provoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyasının təmsilçisi Konstantin Pominov, Udin icmasının rəhbəri Robert Mobili və Roma Papasının Bakı ordenarisi Vladimir Fekete kilsədə birgə ibadət ediblər. Onlar Şuşadakı rus kilsəsində vahid şəkildə dua ediblər. 
Konstantin Pominov kilsəyə İncil kitabı bağışlayıb. O bildirib ki, nəhayət xoşməramlı  xristianlar buraya qayıtdı.






Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər