Bütün xəbərlər
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Tarix: 06-07-2021 14:55 | Bölmə: Manşet

                      Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü


Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.
Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər