"Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm" - Tağı Əhmədov
Tarix: 24-06-2021 10:35 | Bölmə: Manşet

                      "Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm"- Tağı Əhmədov


Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Bakı şəhəri üzrə rayon təşkilatlarının hesabat yığıncağına videoformatda start verilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, növbəti iclas bu gün YAP Yasamal rayon təşkilatında baş tutacaq.
Belə ki, YAP Yasamal rayon təşkilatının hesabat konfransında 73 yaşlı  Tağı Əhmədovun  sədr vəzifəsindən gedəcəyi gözlənilir.
Məsələ ilə bağlı Tağı Əhmədov Unikal.org-a açıqlama verib: "Bu gün YAP-ın hesabat konfransı olacaq. Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm. Amma YAP qoymur. Əslində, YAP-dan gedənlərin ikinci vəzifəsi var deyə, sədr vəzifəsindən kənarlaşdırılırlar". 


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər