Bütün xəbərlər
AZAL-ın ilk qadın pilotları - Video
Tarix: 17-06-2021 20:21 | Bölmə: Manşet

                    AZAL-ın ilk qadın pilotları


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətində ilk qadın pilotlar işə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Fidan Məmmədova, Elnarə Vasilyeva, Marina Sviridova və Könül Əfəndiyeva AZAL-ın ilk qadın pilotları kimi tarixə düşüb.
Qeyd edilib ki, xanımlar Azərbaycan Milli Aviasiya Akademiyasında təhsil alıb, bütün imtahanları əla qiymətlərlə verib və yekun praktik sınaqları da uğurla keçiblər. Hazırda onlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

             



Baxış sayı: 467


Bölməyə aid digər xəbərlər