Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
Tarix: 12-06-2021 15:11 | Bölmə: Manşet

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 
Bundan başqa, dövlət başçısı Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini də qəbul edib.







Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər