Bütün xəbərlər
Siracla Məhərrəmin cənazələri Bakıya gətirildi - Fotolar
Tarix: 05-06-2021 02:22 | Bölmə: Manşet

                   Siracla Məhərrəmin cənazələri Bakıya gətirildi



Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, "Azərtac" Xəbər Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə gətirilib.
Cənazələr ailə üzvlərinə təhvil verilib.
Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. M.İbrahimov Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında, S. Abışov isə Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn ediləcək.










Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər