Bütün xəbərlər
Səhiyyə Nazirliyindən xəbərdarlıq: Maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın
Tarix: 03-06-2021 15:37 | Bölmə: Manşet

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın



“Yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxan biri mütləq maska istifadə etməlidir: “Xroniki xəstəliyi olan şəxs istər bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maska istifadəsi tələbi olanda tibbi maskanı evdən çıxanda taxırdılarsa, indi qadağanın ləğvi insanlarda lazımi yerlərdə tibbi maskanın taxılmasını unutdurur".
Baş infeksionist bildirib ki, maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz: "Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil. Odur ki, maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın. Yoxsa, yenidən yoluxma sayında artım olacaq”.


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər