Bütün xəbərlər
Sahibə Qafarova qadın parlamentarilərin iclasının ilk sessiyasına sədrlik etdi - Foto
Tarix: 02-06-2021 01:41 | Bölmə: Manşet

                  Sahibə Qafarova qadın parlamentarilərin iclasının ilk sessiyasına sədrlik etdi


İyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İslamabadda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Qadın Parlamentarilərin iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasının ilk sessiyasına sədrlik edib.
İclası açan spiker Sahibə Qafarova dünya miqyasında iqtisadi aktivliyin azalmasına baxmayaraq, ölkələrimizin iqtisadi əməkdaşlığın inkişaf tendensiyalarını möhkəmləndirə biləcəklərinə inamını ifadə edib. Qeyd edib ki, qadınların hüquqları və gender bərabərliyi kimi məsələlər hələ də gündəmdə qaldığı üçün bu tədbirin mövzusu həqiqətən mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Sədri Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən bir ölkəni təmsil etməsindən qürur duyduğunu diqqətə çatdırıb. Bildirib ki, bu, 1918-ci ildə, əksər Avropa ölkələrindən çox əvvəl həyata keçirilib. Müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb, ilk balet və opera da Azərbaycanda açılıb.
Sahibə Qafarova qeyd edib ki, parlamentarilər, xüsusən də qadın millət vəkilləri arasında təmaslar parlamentlərarası əməkdaşlığın vacib hərəkətverici qüvvəsidir. İslam dövlətlərindən daha çox qadın millət vəkilinin müxtəlif parlament təşkilatlarında təmsil olunması vacibdir.






Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər