“Gürcüstanın Türkiyə və Azərbaycanla möhkəm əlaqələri var” - Qaribaşvili
Tarix: 02-06-2021 01:35 | Bölmə: Manşet

                    “Gürcüstanın Türkiyə və Azərbaycanla möhkəm əlaqələri var”


"Türkiyə Gürcüstan üçün çox önəmli dost ölkə və strateji tərəfdaşdır".
"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə konfransda çıxışı zamanı deyib. Qaribaşvili Ərdoğanın Türkiyənin uzun illərdir Gürcüstan üçün bir nömrəli strateji və ticari tərəfdaş olması barədə fikirləri ilə razılaşdığını deyib.
İki ölkə arasındakı Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ceyhan kimi birgə layihələr olduğunu qeyd edən Qaribaşvili Ərdoğanla görüşünün məhsuldar keçdiyini deyib:
"Türkiyə olaraq Gürcüstanın suverenliyini bütün format və səviyyələrdə dəstəklədiyinizə və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyinizə görə sizə təşəkkür edirəm".
Gürcüstan, Türkiyə və Azərbaycan arasında möhkəm əlaqələrin olduğunu, əməkdaşlıq və dostluğun isə təqdirəlayiq olduğunu bildirən Qaribaşvili birgə səylərlə ikitərəfli və üçtərəfli formatlarda layihələri daha da inkişaf etdirmək üçün yaxşı təməllərin mövcud olduğunu qeyd edib.
Gürcü Baş nazirin sözlərinə görə, Ərdoğanla görüşdə regional məsələləri də müzakirə ediblər:
"Əlbəttə sülhün alternativi yoxdur. Bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır".
Qaribaşvili Türkiyə liderini Tbilisidə görmək istədiklərini deyib.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər