Bütün xəbərlər
Zahid Oruc Bakı Hərbi Məhkəməsindəki işi “Əsrin məhkəməsi” adlandırıb
Tarix: 31-05-2021 13:53 | Bölmə: Manşet

                  Zahid Oruc Bakı Hərbi Məhkəməsindəki işi “Əsrin məhkəməsi” adlandırıb


“Bakı Hərbi Məhkəməsində iki erməni hərbçinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentdə deyib.
Onun sözlərinə görə, hər iki şəxs 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşüb: “Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda təqsirləndirir. İnanılmaz siyasi inkişafdır, nəhayət 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb. Qeyd edək ki, Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab Prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin. Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri də süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik.
Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin. “Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq. Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir”.


Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər