Bütün xəbərlər
Ağdam Zəfər muzeyinin tağları günəş istiqamətində hərəkət edəcək - Video
Tarix: 29-05-2021 05:37 | Bölmə: Manşet

Ağdam Zəfər muzeyinin tağları günəş istiqamətində hərəkət edəcək


Ağdamdakı Zəfər muzeyinin tağları günəş istiqamətində hərəkət etməklə zəfərimizin günəş kimi əbədi olduğunu bildirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov Ağdamda səfərdə olan Prezident İlham Əliyevi məlumatlandırıb.  
Onun sözlərinə görə, Zəfər muzeyi həm abidədir, həm də muzeydir: “Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir”.
Sadıqov qeyd edib ki, içərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir:
“Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq".
İcraçı direktor bildirib ki, burada bir neçə sərgi zalı var:
"Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları.
Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür”.

              


Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər