Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində Gürcüstan bayrağı videoproyeksiya olundu - Foto
Tarix: 26-05-2021 01:08 | Bölmə: Manşet

                    Heydər Əliyev Mərkəzində Gürcüstan bayrağı videoproyeksiya olundu


Gürcüstan 26 may tarixində Müstəqillik Gününü qeyd edir. 
"Qafqazinfo" xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb. 
Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da izlədiyi videoproyeksiya zamanı Mərkəzin binasının önündə Azərbaycan və Gürcüstanın dövlət himnləri ifa olunub.

                       



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər