Bütün xəbərlər
“Toyların bərpası artıq sosial sifarişdir” - Komitə sədri
Tarix: 22-05-2021 14:29 | Bölmə: Manşet

                “Toyların bərpası artıq sosial sifarişdir” -  Komitə sədri



Yayın gəlməsi ilə əlaqədar sərt karantin qaydalarında müəyyən yumşalmalara getmək olar. Çünki, bir tərəfdən ölkədə epidemioloji vəziyyət stabilləşir, aparılan tədbirlər nəticəsində yoluxanların sayı azalır, vaksin olunanların sayı artır. Eyni zamanda, açıq havada masanın ləğvi üçün optimal şərait yaranıb.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, yay fəslində insanlar istirahət etməli, açıq havada olmalı, dənizə getməli,  günəş vanalları qəbul etməli və qış üçün immunitet qazanmalıdırlar.
"Toyların keçirilməsinə artıq sosial sifariş var. Pandemiyanı nə qədər davam edəcəyini heç kəs bilmir. Artıq ikinci ildir ki, insanlar toy edə bilmir. Hər kəsin gələcəklə bağlı planları var. Buna görə də məsələ qaldırmışdıq ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativləri hazırlasınlar. Şübhəsiz ki, əvvəlki qaydada çox sayda insanın toplaşdığı və saatlarla davam edən böyük, təmtəraqlı məclislərin keçirilməsinə epidemioloji şərait imkan vermir. Amma müəyyən normativlərə əsasən az insanın toplaşdığı və ya qısa müddət ərzində keçirilən toylar ola bilər".

Musa Quliyevin fikrincə, toyların keçirilməsi ilə bağlı sərt qadağalar yumşalmalıdır:
"Bir çox Avropa ölkələrində vaksinasiyanın sürətlənməsi və yoluxma sayının aşağı düşməsi nəticəsində açıq havada maskasız gəzməyə icazə verildi. Azərbaycanda da bunu etmək mümkündür. O cümlədən, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməsi, metronun açılması barədə qərarlar verilə bilər. Lakin həm deputat, həm də həkim olaraq vətəndaşlara çağırış edirəm ki, vaksinasiya prosesinə daha aktiv qoşulsunlar, məsuliyyətli olsunlar. Bu tək özlərinin deyil, ailə üzvlərinin, işlədikləri kollektivlərin sağlamlığı üçün lazımdır. Vaksinasiya pandemiyadan çıxmağın ən başlıca xilas yoludur. Əgər normal həyata qayıtmaq istəyiriksə, daha çox şəxs vaksin olunmalıdır ki, kütləvi immunitet qazanmış olaq".






Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər