Bütün xəbərlər
Vasif Talıbov Fransa səfiri ilə görüşüb
Tarix: 19-05-2021 13:08 | Bölmə: Manşet

             #



Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
APA-nın məlumatına görə, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar Respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib.




Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər