Bütün xəbərlər
Ceyhun Bayramov sərhəddəki gərginliyə görə Lavrovla danışdı
Tarix: 14-05-2021 00:53 | Bölmə: Manşet

                  Ceyhun Bayramov sərhəddəki gərginliyə görə Lavrovla danışdı


Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. 
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.


Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər