23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
00:12 / 25-11-2026
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
23:51 / 24-11-2026
Leyla Əliyeva Nəbatat bağında - Fotolar
23:39 / 24-11-2026
Türkiyənin Əskişehir əyalətində vertolyot qəzasında beş əsgər həlak olub
23:34 / 24-11-2026
Almaniyada Merzdən narazılıq rekordlar qırır
21:15 / 24-11-2026
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Kiyevin ABŞ Konqresinə müraciət planları ilə bağlı şərh verib
21:12 / 24-11-2026
Protez batareyasının partlaması nəticəsində ölüb
21:02 / 24-11-2026
Rusiya səfiri Mixno hava məkanını pozduğu iddiası ilə Polşa Xarici İşlər Nazirliyinə çağırıldı
20:58 / 24-11-2026
Turnirdə 605 kq çəkidə ştanq idmançının üzərinə düşdü
20:56 / 24-11-2026
"Lyapis Trubetskoy" qrupunun keçmiş solisti Rusiyada cinayətkar axtarış siyahısına salınıb
20:52 / 24-11-2026
Bruney sultanı Moskvaya dövlət səfərinə gəlib
20:48 / 24-11-2026
Sarkozi şahidlərlə gizli sövdələşmə ittihamları ilə mühakimə olunacaq
20:43 / 24-11-2026
Bir kişinin qətlinin üstü açılıb
20:40 / 24-11-2026
Kafedə mübahisə zamanı bir yeniyetmə kişini öldürməkdə ittiham olunub
20:37 / 24-11-2026
Bir uşaq ölən atası ilə birlikdə mənzildə qalıb
Prezidentin “Xarıbülbül” festivalında çıxışının - Tam mətni
Tarix: 12-05-2021 23:34 | Bölmə: Manşet
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan festivala gəliblər.
Dövlət başçısı festivalın açılışında çıxış edib:
- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
Baxış sayı: 322
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi