Bütün xəbərlər
Prezident Putinlə telefonla danışdı
Tarix: 10-05-2021 15:22 | Bölmə: Manşet

                 Prezident Putinlə telefonla danışdı


Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Vladimir Putinlə İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini səmimi qəlbdən təbrik ediblər.
Qarşılıqlı inamın hərtərəfli Rusiya-Azərbaycan əməkdaşlığını inkişaf etdirməsi təsdiqlənib.
Müxtəlif səviyyələrdə gələcək əlaqələr barədə razılığa gəlinib.


Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər