Bütün xəbərlər
Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım - Foto
Tarix: 10-05-2021 00:57 | Bölmə: Manşet

                   Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım



Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib.
"Qafqazinfo" xəbər verir ki, paylaşımda Heydər Əliyevin bu sözləri qeyd olunub: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edildiyini açıqlayarkən bunları demişdi:
"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"


                 



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər