Bütün xəbərlər
Deputatla icra başçısı şəhidin məzarını ziyarət edib - Fotolar
Tarix: 07-05-2021 18:28 | Bölmə: Manşet

                   Deputatla icra başçısı şəhidin məzarını ziyarət edib


Millət vəkili Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun məzarını ziyarət edərək onun əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll edib, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim dövlətin qayğısı ilə əhatə olunurlar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Şəhid ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.








Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər