Bütün xəbərlər
Xətaidə Milli Qəhrəmanın adını daşıyan park yenidənqurmadan sonra - Fotolar
Tarix: 07-05-2021 18:17 | Bölmə: Manşet

                     Xətaidə Milli Qəhrəmanın adını daşıyan park yenidənqurmadan sonra



Xətai rayonu ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam edir.
“Qafqazinfo”nun məlumatına görə, mayın 7-də rayonun İnqilab İsmayılov küçəsində Milli Qəhrəmanın yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon  sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.
Parkda aparılan yenidənqurma işləri çərçivəsində Milli Qəhrəman İnqilab İsmayılovun xatirə lövhəsi yenilənib, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 0,6 ha sahədə və ətraf ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanıb, qazon örtüyü, səki daşları döşənib.
Uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, yeni avadanlıq və qurğular, 10 idman, 9  uşaq əyləncə elementi, şahmat oyun meydançası quraşdırılıb, həmçinin basketbol və futbol meydançaları yaradılıb.
Əhalinin asudə vaxtlarını səmərəli keçirməsi və istirahəti üçün parkda 15 ədəd yeni oturacaq, 2 söhbətgah və müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılıb.
Qeyd edək ki, Milli Qəhrəman İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olub. 1992-ci ildə Xocalı soyqırımı zamanı İnqilab İsmayılov gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirib və döyüşçü yoldaşları ilə birlikdə sağ qalmış əhalinin bir hissəsini düşmən mühasirəsindən çıxarıb. 
İnqilab İsmayılov 12 iyun 1992-ci ildə Ağdam rayonunda döyüşlər zamanı şəhid olub. 
 












Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər