Bütün xəbərlər
Ombudsman Xankəndidə Azərbayca Bayrağına qarşı alçaldıcı hərəkətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Tarix: 07-05-2021 18:05 | Bölmə: Manşet

     Ombudsman Xankəndidə Azərbayca Bayrağına qarşı alçaldıcı hərəkətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib


Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.
Bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.
"Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib", - məlumatda qeyd olunub.


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər