Bütün xəbərlər
Sonuncu Qədr gecəsi Hacı Ramillə - Fotolar
Tarix: 06-05-2021 12:14 | Bölmə: Manşet

                  Sonuncu Qədr gecəsi Hacı Ramillə


Məlum olduğu kimi, karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər də onlayn qaydada təşkil edilir. Ötən gün sonuncu – 3-cü Qədr gecəsi mərasimlərindən birini ilahiyyatçı alim Hacı Ramil Bədəlov təşkil edib. 
Saat 23:00-da yutub vasitəsilə yayımlanan mərasim Hacı Ramilin xütbəsi ilə başlayıb. Məclisdə bir neçə din xadimi, həmçinin şair Elşən Xəzər də iştirak edib. Mərasimə canlı qoşulan izləyici sayı 20 minə yaxın olub, ümumi isə videonun 117 min baxışı olub. 
Qeyd edək ki, Qədr gecəsi olması ehtimal olunan gecələr bu il 1, 3 və 5 may tarixlərinə təsadüf edir. Bundan əvvəlki Qədr gecələri ilə bağlı mərasimlər də videobağlantı vasitəsilə keçirilmişdi. 
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın bugecəki onlayn mərasimdən çəkdiyi fotoları təqdim edirik:

















Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər