Bütün xəbərlər
Çinin təmənnasız verdiyi 150 min doza vaksinlə bağlı akt imzalandı - Foto
Tarix: 27-04-2021 12:43 | Bölmə: Manşet

                  Çinin təmənnasız verdiyi 150 min doza vaksinlə bağlı akt imzalandı


Bu gün Azərbaycan Səhiyyə Nazirliyində Çin tərəfindən Azərbaycana təmənnasız olaraq “COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə AR Səhiyyə nazirinin müavini Viktor Qasımov, AR Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çinin fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
Səfir Qo Min çıxışında ÇXR hökumətinin Azərbaycana təmənnasız olaraq “COVID-19” infeksiyası əleyhinə 150.000 doz peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə edib.
Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.
Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən “COVİD-19” infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə edib.
Tədbirin sonunda Viktor Qasımov və səfir Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına “COVID-19” pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları”nı imzalayıblar.






Baxış sayı: 468


Bölməyə aid digər xəbərlər