20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
Erməni deputatların nifrət dolu çıxışlarına göz yuman sədr...
Tarix: 21-04-2021 22:40 | Bölmə: Manşet
Bu il Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından 20 il keçir.
"Qafqazinfo" xəbər verir ki, ötən illər ərzində ölkəmiz Avropa Şurasıyla əməkdaşlıqda bir sıra nailiyyətlər əldə etsə də, sözügedən qurum Azərbaycana qarşı mütəmadi olaraq ikili standartlardan çıxış edib. Baxmayaraq ki, Azərbaycan bu qurum qarşısında götürdüyü öhdəliklərə sadiq qalıb. Bununla bərabər zaman-zaman ölkəmiz əleyhinə müxtəlif qətnamələr qəbul edilib. Azərbaycanla eyni vaxtda quruma üzv olan Ermənistana isə az qala, "gözün üstə qaşın var" deyən olmayıb.
Azərbaycanın bu qurum qarşısında öhdəliklərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olub və bununla bağlı monitorinqi Avropa Şurası həyata keçirib.
Xatırladaq ki, 2005-ci ildə Avropa Şurası Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan torpaqlarında etnik təmizləmələr apardığı barədə qərar qəbul edib. Həmin tarixdən bir müddət əvvəl Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilib. Reallıqda isə bu qərarların heç biri sona çatdırılmayıb. AŞPA münaqişənin ədalətli həllinə dəstək üçün qərarların icra edilməsiylə bağlı Ermənistana sanksiya tətbiq etməli idi. Əgər beynəlxalq qanunlar üzərindən Ermənistana sanksiyalar tətbiq edilsəydi, bəlkə də işğal 30 il çəkməyəcəkdi.
.jpg)
Prezident İlham Əliyev də çıxışlarında 20 il ərzində bu təşkilatın Azərbaycanı hədəf seçdiyini və onun beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdə olduğunu bəyan edib. O bildirib ki, təşkilat dünyada gedən proseslərin heç birinə təsir etmək gücündə deyil: "Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi orada hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir"-deyə, ölkə başçısı çıxışlarının birində qurumun fəaliyyətini sərt tənqid edib.
Azərbaycanla bağlı vaxtaşırı qəbul edilən qərəzli qətnamələrə görə hətta bu qurumdan çıxmağımız üçün təkliflər də səsləndirilib.
Ölkəmiz əlbəttə ki, öz beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü ötən il 44 günlük müharibə nəticəsində təmin edərək erməni işğalına son qoydu. Ancaq müharibədən sonra da biz yenə erməni revanşizminin müxtəlif platformalarda baş qaldırdığının şahidi oluruq. Aprelin 19-da öz işinə başlayan AŞPA-nın yaz sessiyasında da erməni deputatlar nifrət dolu çıxışlar edirlər. Ermənistan nümayəndələri hələ də öz yanaşmalarını, ritorikalarını dəyişə bilmirlər. Avropada milli azlıqlar haqda müzakirə zamanı Ermənistan nümayəndə heyətinin üzvləri azərbaycanlılara qarşı nifrət dolu çıxışlar ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən erməni deputatların çıxışlarına kəskin reaksiyalar verilir və qarşı tərəf susdurulur. Beləliklə də, Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdləri iflasa uğrayır. Erməniləri cəmi bir neçə fransız deputat dəstəkləyib. Bunun da səbəbləri hamıya bəllidir. İclasa rəhbərlik edən sədr hər kəsin söz azadlığının olduğunu vurğulasa da, onun erməni və ermənipərəst deputatların nifrət dolu çıxışlarına göz yumduğu açıq-aşkar hiss edilir. Bu da Azərbaycana qarşı AŞPA- nın növbəti qərəzi kimi qiymətləndirilməlidir.
Budəfəki sessiyada "erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər” adlı sərbəst debatlar keçirilib. Assambleyanın belə bir məsələ ilə bağlı sərbəst debat aparmaq qərarı nümayəndə heyətimizin üzvlərində də məyusluq doğurub. Üstəgəl, müzakirələr birtərəfli qaydada aparılıb. Ancaq Assambleya azad olunmuş ərazilərimizin minalardan təmizlənməsiylə bağlı heç bir müzakirə təşkil etmir. Əksinə olaraq, hərbi cinayətkarlar barədə mövzuya toxunur.

Halbuki Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, 10 noyabr bəyanatından sonra saxlanılanlar əsir yox, diversant və hərbi cinayətkarlardır. Maraqlı məqam isə müzakirələr zamanı erməni cinayətkarla bağlı məsələdə Rusiyadan olan 5 deputatın Ermənistanın əleyhinə səs verməsidir.
Təəssüf ki, bu gün yenə də əyani şəkildə Avropa Şurasının bir təşkilat kimi çox çətin bir böhran içində olması hiss edilir. Burada təmsil olunan erməni və ermənipərəst deputatların arxasında Soros Fondu dayanır. Onlar məhz bu Fondun dəstəyinə arxalanaraq Azərbaycana qarşı kampaniya təşkil edirlər. Paşinyan hakimiyyətinin Sorosla yaxşı münasibətlərinin olduğu həqiqətdir. Çünki onun dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıb. Odur ki, Qərbdən olan himayəçilərinin dəstəkləri fonunda erməni deputatlar nifrət dolu revanşist çıxışlarını davam etdirməkdən çəkinmirlər. Bu çıxışlara isə Avropa Şurası Parlament Assambleyasında "dur!" deyən yoxdur.
Baxış sayı: 346
Bölməyə aid digər xəbərlər

7-09-2026, 20:54
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
7-09-2026, 16:46
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
6-09-2026, 20:16
Vitkov və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladılar
6-09-2026, 18:46
Zelenskinin müşaviri Ukraynadakı münaqişəyə son qoyulmasına çağırır
6-09-2026, 18:34
Zaxarova dron hadisəsi ilə bağlı: "Almaniya doğru anı gözləyirdi"
2-09-2026, 19:33
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
2-09-2026, 18:56
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
2-09-2026, 18:16
Putin Si Cinpinlə görüşünü mənalı və çox səmimi adlandırdı
1-09-2026, 20:16
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
31-08-2026, 17:51
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
31-08-2026, 16:07
Peskov: "Qərbin Rusiyaya qarşı təxribatları olub, var və davam edəcək"
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi