Bütün xəbərlər
Avropa Şurası PA-dakı nümayəndə heyətimiz Strasburqa gedir
Tarix: 16-04-2021 14:57 | Bölmə: Manşet

                  Avropa Şurası PA-dakı nümayəndə heyətimiz Strasburqa gedir


Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar. 
“Qafqazinfo” xəbər verir ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, Xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporalar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. 
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  


Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər