Bütün xəbərlər
Yeni sədr kollektivə təqdim olundu - Foto
Tarix: 19-03-2021 12:30 | Bölmə: Manşet

                  Yeni sədr kollektivə təqdim olundu



Azərbaycan Prezidentinin dünənki Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunmuş Emin Səlhab oğlu Məmmədovu iqtisadiyyat naziri Mikayıl Cabbarov kollektivə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, Emin Məmmədov 1970-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Onun müəllifliyi ilə tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığına həsr olunmuş 16 əsər dərc olunub, “Zəfər” ordeninin və “Vətən Müharibəsi Qəhrəmanı” medalının dizaynı işlənib hazırlanıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.



 


Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər