Bütün xəbərlər
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın özü qərar verib Qarabağı geri aldı
Tarix: 09-02-2021 22:08 | Bölmə: Manşet


Otuz ildir ki, Azərbaycan torpağı Qarabağı işğal altında tutdunuz. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı və biz də əlimizdən gələn dəstəyi verdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimindəki çıxışında deyib.
Türkiyənin kosmos və peyk texnologiyalarında böyük uğurlar qazandığını diqqətə çatdıran dövlət başçısı söyləyib ki, qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-lar ilə (pilotsuz silahlı uçuş aparatları) cəhbədə oyunları pozan tərəf olmağı bacardıq.



Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər