22:41 / 21-04-2021
Yoluxanların sayı azaldı
16:29 / 21-04-2021
Stadnik yarımfinalda
"ABŞ sanksiyaları maliyyə qaynaqlarımızı bloklayıb" - Ruhani
Tarix: 29-01-2021 01:42 | Bölmə: Manşet

                    "ABŞ sanksiyaları maliyyə qaynaqlarımızı bloklayıb"- Ruhani


İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının ölkəsinin iqtisadiyyatına təsirləri barədə danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhani sanksiyaların İranın maliyyə mənbələrinə ciddi təsir etdiyini söyləyib.
"Son 10 ayda idxalımız 30 milyard dollar, qeyri-neft ixracımız isə təxminən 28 milyard dollar olub. Bu rəqəm daha çox olmalı idi. Amma koronavirusa görə bu il ağır keçdi. Maliyyə mənbələrindən istifadə etməyimizə imkan verilmir. ABŞ sanksiyaları maliyyə qaynaqlarımızı bloklayıb. Neft-qaz ixracımıza imkan vermədilər, digər məhsulların ixracında isə problemlər yaratdılar", - deyə İran prezidenti bəyan edib.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər