Bütün xəbərlər
Mәhәmmәd Cavad Zәrif Bakıya gəldi
Tarix: 24-01-2021 23:11 | Bölmə: Manşet

                     Mәhәmmәd Cavad Zәrif Bakıya gəldi


İranın xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Mәhәmmәd Cavad Zәrif açıqlamasında bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.
Zәrif әlavә edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.


Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər