Bütün xəbərlər
Müdafiə naziri hospitalda qazilərlə görüşüb - Video
Tarix: 31-12-2020 19:36 | Bölmə: Manşet

    Müdafiə naziri hospitalda qazilərlə görüşüb


Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlət başçısı adından bayram sovqatlarını təqdim edib.

             





Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər