20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
“Əgər o tərəfdən bir güllə atılsa, onları elə günə salarıq ki...”
Tarix: 24-12-2020 20:08 | Bölmə: Manşet

                   “Əgər o tərəfdən bir güllə atılsa, onları elə günə salarıq ki...”


"Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Ali Baş Komandan İlham Əliyev Qubadlıda çıxışı zamanı deyib.
O bildirib ki, torpaqlarımızı erməni faşizmi bu günə salıb:
"Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar".



Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər