Bütün xəbərlər
Putin və Makron Qarabağı müzakirə ETDİLƏR
Tarix: 23-12-2020 00:35 | Bölmə: Manşet

                  Putin və Makron Qarabağı müzakirəETDİLƏR


Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı nəzərdən keçiriblər.
Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl ümumilikdə icra olunduğunu qeyd edib. Rus sülhməramlılarının "Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş" vurğulanıb.
Prezidentlər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Putin və Makron bundan başqa Ukrayna münaqişəsini, Suriya və Liviya böhranını da müzakirə ediblər.


Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər