Bütün xəbərlər
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü
Tarix: 22-12-2020 11:27 | Bölmə: Manşet

                    Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü


Ölkəmizdə rəsmi səfərdə olan Rusiyanın fövqəladə hallar naziri Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıblar.
Sonra Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyadan olan həmkarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
         







Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər