Bütün xəbərlər
Ceyhun Bayramov Vendi Mortonla telefonla danışdı
Tarix: 16-12-2020 21:04 | Bölmə: Manşet

                    Ceyhun Bayramov Vendi Mortonla telefonla danışdı


Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.
XİN-dən "Qafqazinfo"ya bildirilib ki, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər