22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Kamran Əliyev ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdü - Foto
Tarix: 15-12-2020 18:41 | Bölmə: Manşet

                    Kamran Əliyev ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdü


Baş prokuror Kamran Əliyev ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Kamran Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə ABŞ Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.  
Səfir Örl Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaq.
Səfir mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınadığını qeyd edərək, tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılmasına çağırıb. O, həlak olmuş şəxslərə başsağlığını ifadə edərək yaralılara şəfa diləyib.
Həmçinin vurğulanıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.




Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər